“Ekol Mühəndislik Xidmətləri” QSC ötən il maliyyə göstəricilərini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin gəlirləri 40 milyon 905 min manat olub. Bu da son illik müqayisədə 7 milyon 657 min manat (23%) arıtm deməkdir
Bundan 21,8 milyon manat əmək haqqı və ödənişlərə (48% artıb), 3,1 milyon manat amortizasiya xərclərinə (7% artıb), 6,3 milyon manat isə sair xərclərə (2,6 dəfə artıb) sərf edilib.
Xammal və materiallara, eləcə də subpodratçılara 4,5 milyon ödənilib.
Ümumilikdə 2022-ci ildə «Ekol Mühəndislik Xidmətləri»nin cəmi xərcləri 36,7 milyon manat olub – bu 2021-ci illə müqayisədə 13 milyon manat artıqdır.
2022-ci ildə şirkətin əməliyyat mənfəəti 4,2 milyon manat olub, bunun 1,9 milyon manatı faiz xərclərinə sərf edilib, daha 700 min manat gəlir isə digər sahələrdən daxil olub.
Nəticədə vergidən əvvəlki mənfəət 3 milyon manat, 1,2 milyon manat mərfəət vergisi ödənişindən sonra isə xalis mənfəət 1 milyon 856 min manat olub. Bu 2021-ci illə müqayisədə 4 dəfə azdır – həmin il «Ekol Mühəndislik Xidmətləri»nin xalis mənfəəti 6,7 milyon manata çatırdı.
2022-ci ildə «Ekol Mühəndislik Xidmətləri»nin aktivləri 3,5 milyon manat azalaraq 47 milyon manatdan 43,6 milyon manata enib.
Bununla yanaşı, ötən il «Ekol Mühəndislik Xidmətləri» öhdəliklərini də 5 milyon manata qədər azaldaraq 22 milyon manata endirib. Şirkət qısamüddətli borcların 3 milyon manatını, uzunmüddətli borclarının isə 2 milyon manatını ödəyib.
Şirkətin kapitalı 9%-dən çox artaraq 21,5 milyon manata yüksəlib.