“Ekol Mühəndislik Xidmətləri” QSC 2023-cü ilin konsolidə edilmiş maliyyə hesabatnı açıqlayıb.
FED.az xəbər verir ki, QSC ötən ili 2 milyon 340 min manat xalis zərər ilə başa vurub. Halbuki, 2022-ci ili 1 miylon 856 min manat xalis mənfəət ilə bağlamışdı.
“Ekol Mühəndislik Xidmətləri”nin gəlirləri 2022-ci ildə 40 milyon 905 min manat ikən, 2023-cü ildə 35 milyon 66 min manata düşüb. Gəlirlər son bir il ərzində 5 milyon 839 min manat və ya 14,3% azalıb.
Şirkətin cəmi xərcləri və məsrəfləri 1 milyon 177 min manat, başqa sözlə 3% azalaraq 35 milyon 495 min manata düşüb.
QSC-nin əmək haqqı ödənişləri 359 min manat (1,6%) azalaraq 21 milyon 444 min manata düşüb.
Köhnəlmə və amortizasiya xərcləri 2 milyon 787 min manat, istifadə olunmuş xammal və xərc materiallarının dəyəri 2 milyon 279 min manat, subpodratçılar tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1 milyon 306 min manat, kommunal xərclər 459 min manat, birgə müəssisədəki investisiyanın dəyərsizləşməsi 351 min manat, icarə xərcləri 99 min manat, sair xərclər 7 milyon 59 min manat, törəmə müəssisənin alınması üzrə gəlri isə 289 min manat təşkil edib.
İllik müqayisədə köhnəlmə və amortizasiya xərcləri 341 min manat (10,9%), istifadə olunmuş xammal və xərc materiallarının dəyəri 568 min manat (20%), subpodratçılar tərəfindən göstərilmiş xidmətlərin dəyəri 322 min manat (19,8%) , kommunal xərclər 226 min manat (33%) azalıb.
Birgə müəssisədəki investisiyanın dəyərsizləşməsi 72 min manat (26%), icarə xərcləri 96 min manat (33 dəfə), sair xərclər 760 min manat (12%) artıb, törəmə müəssisənin alınması üzrə gəlri isə keçən il olmayıb.
QSC 2022-ci ildə 4 milyon 233 min manat əməliyyat mənfəəti əldə etdiyi halda ötən il 429 min manat zərər edib.
Faiz xərcləri bu dövrdə 332 min manat (18%) azalaraq 1 milyon 569 min manata, sair gəlirləri 244 min manat (2,3 dəfə) azalaraq 182 min manata, mənfəət vergisi xərci isə 761 min manat (2,8 dəfə) azalaraq 431 min manata düşüb.