Hesabatlar

Ədliyyə Nazirliyi daha 4 elektron xidmətə - BAŞLAYIR

Ədliyyə Nazirliyi daha 4 elektron xidmətə - BAŞLAYIR | FED.az
19:44 1 İyul 2019
Ədliyyə Nazirliyi daha 4 elektron xidmət istifadəyə verəcək. 
FED.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verilib.
Eləcə də bax: Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı - YENİ QƏRARI

İclasda vətəndaşlara göstərilən elektron ədliyyə xidmətləri təhlil olunub, 2019-cu ildə nazirliyin 30-dan çox e-xidmətindən istifadənin sayının 1.7 milyona çatdığı, Azərbaycan adları, fərdi identifikasiya nömrəsi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatların verilməsi barədə e-xidmətlərinə daha çox müraciət olunduğu bildirilib. 

Bundan başqa, vətəndaşlar üçün daha aktual və tələbli olan yeni növ xidmətlərin tətbiqi müzakirə olunaraq icra işləri, bələdiyyə və ekspertiza fəaliyyəti ilə bağlı daha 4 növ e-xidmətin istifadəyə verilməsi qərara alınıb.
 

 

Digər xəbərlər