Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, 2024-cü ildə qurumun əsas əməliyyat gəlirləri əvvəlki dövrə nisbətən 13 milyon 997 min manat (3,5 dəfə) kəskin azalaraq 5 milyon 715 min manata düşüb.
Bu, şirkətin əsas fəaliyyətindən əldə etdiyi gəlirlərdə ciddi eniş olduğunu göstərir.
Bununla belə, 2023-cü ildə olmayan, lakin 2024-cü ildə 16 milyon 895 min manat məbləğində əhəmiyyətli sair əməliyyat gəlirləri qeyd olunub ki, bu da ümumi mənfəətə müsbət təsir göstərir
Hesabat ilində DBİ-nin İşçi heyəti xərcləri 2 milyon 230 min manat (18,9%) artaraq 14 milyon 041 min manataa çatıb. Amortizasiya və digər əməliyyat xərclərində müvafiq olaraq 284 min manat (16,5%) və 536 min manat (15,0% ) azalma müşahidə olunub, Belə ki, DBİ-nin amortizasiya xərcləri 1 milyon 442 min manat, digər əməliyyat xərcləri isə 3 milyon 24 min manat təşkil edb.
Sair əməliyyat xərclərində isə 26 min 580 manat artım olub ki, bu da 26,6 min manat və ya 7,9 dəfə artım deməkdir.
Nəticədə, əsas gəlirlərdəki kəskin azalmaya baxmayaraq, yüksək sair əməliyyat gəlirləri və bəzi xərc maddələrindəki azalmalar sayəsində əməliyyat mənfəəti 635 min manat (24,3%) artaraq 3 milyon 247 min manat olub.
Yekunda DBİ-nin.xalis mənfəəti 597 min manat (22,8%) artımla 3 milyon 209 min manat təşkil edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 214 milyon 835 min manat olub ki, bu da illik müqayisədə 158 milyon 762 min manat və ya 42,5% azdır.
Hesabat dövründə qurumun öhdəlikləri 236 min manat və ya 1 % artaraq 24 milyon 277 min manata, balans kapitalı isə 158 milyon 997 min manat və ya 45,4% azalaraq 190 milyon 557 min manata bərabər olub.
Kapital ehtiyatları 162 milyon 213 min manat (2,1 dəfə) azalaraq 148 milyon 151 min manata düşüb. Bölüşdürülməmiş zərər əvvəlki dövrə nisbətən 3 milyon 216 min manat (12,4%) azlama ilə 22 milyon 805 min manat təşkil edib.