Avtomobillər və ağır texnika üçün müxtəlif markalı mühərrik və sürtgü yağlarının, akkumulyatorların, şinlərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan “Caspian Equipment Company” ASC 2024-cü ilin maliyyə hesabatını açıqlayıb.
FEd.az şirkətin bu dövr üzrə audit olunmamış hesabatına istiadən xəbər verir ki, ASC ilk yarım ildə əsas əməliyyatlar üzrə 6 milyon 832 min manat gəlir əldə edib. Bu 2023-cü ilin I yarısı ilə müqayisədə 4 milyon 403 min manat, başqa sözlə 39% azdır.
Satışın maya dəyəri üzrə xərclər də illik 4 milyon 385 min manat və ya 46% azalaraq 5 milyon 237 min manat azalaraq 1 milyon 595 min manata düşüb.