«Bank Respublika ASC» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində “Bank Respublika”nın faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 47,5% azalaraq 23,1 mln. manat, faiz xərcləri 33,2% azalaraq 17,7 mln. manat, qeyri-faiz gəliri 36,1% azalaraq 22,4 mln. manat, qeyri-faiz xərcləri 23,1% azalaraq 23,2 mln. manat təşkil edib. Cari ilin oktyabrın 1-nə bankın aktivləri 710,5 mln. manat olub ki, bu da 2016cı ilin sonu ilə müqayisədə 22,1% azdır. Bunun 218,3 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda bankın kredit portfelində 18,3% azalma müşahidə olunub. Kreditlərin 35,1%-i ticarət və xidmət sahələrinə, 34,9%-i fiziki şəxslər üçün kreditlərə,20 %-i kənd təsərrüfatına və 10%-i isə digər sahələrə ayrılıb. Hesabat tarixinə bankın ümumi öhdəlikləri 23,8% artaraq 663,9 mln. manat təşkil edib ki, bunun da 459,1 mln. manatı müştərilərdən cəlb olunmuş depozitlərdir. Həmçinin son 9 ayda bankın depozit portfelində 16,8% azalma müşahidə olunub. Ötən ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 15,6% artaraq 46,6 mln. manat təşkil edib.
Buna da baxın: “Bank Avrasiya”nın xalis mənfəəti 0,9 mln. manata çatıb
Buna da baxın: “AmrahBank” son 9 ayda kredit portfelini 32,4% artırıb
Bu bankın depozit portfelində 16,8% azalma olub
15:56
7 Noy 2017