“AzFinance İnvestisiya Şirkəti” QSC 2023-cü ilin ilk yarısını 953 min manat zərərlə bitirib.
FED.az bunu investisiya şirkətinin yarımillik hesabatına istinadən xəbər verir.
2023-cü ilin ilk yarısında investisiya şirkəti mənfəət vergisi ödəməyib.
Hesabat dövründə şirkətin əsas investisiya xidmətləri üzrə gəlirləri 343 min manat, yardımçı inevstisiya xidmətləri üzrə gəlirləri 766 manat gəlir, cəmi investisiya xidmətləri üzrə zərəri 1 milyon 242 min manat, əməliyyat zərəri 896,7 min manat təşkil edib.
Hesabat dövründə şirkətin akitvləri 5 milyon 917 min manat, öhdəlikləri 3 milyon 574 min manat, kapitalı 2 milyon 343 min manat, bölüşdürülməmiş mənfəti isə 1 milyon 132 min manat təşkil edib.