“Azərelektrikşəbəkətikinti” ASC-nin 2024-cü il üzrə maliyyə hesabatı açıqlanıb.
FED.az xəbər verir ki, cəmiyyət ötən ili 126 min manata yaxın zərərlə başa vurub.
Zərər son bir ildə 145,3 min manat və ya 2,2 dəfə azalıb. Şirkətin əvvəlkiildəki zərəri 271 min manat idi.
Şirkət ötən il mənfəət vergisi ödəməyib.
“Azərelektrikşəbəkətikinti” ASC-nin əsas əməliyyat gəlirləri 26,4 min manat və ya 23,5% azalaraq 86,1min manata düşüb.
Kommersiya xərcləri 2024–cü il də 120 manat olub. Lakin 2023–ci ildə isə olmayıb.
Hesabat dövründə şirkətin inzibati xərcləri 211,7 min manat təşkil edib ki, bu da illik müqayisədə 171,4 min manat və ya 44,8% azdır.
“Azərelektrikşəbəkətikinti” ASC ötən il 1 milyon 887 min amnat cəmi aktivlərə malik olub. Aktivlər 2023-cü ilə nəzərən 21 min manat (1,1%) azalıb.
Öhdəliklər 4,3 min manat (0,8%) artımla 517 min manatı ötüb.
Balans kapitalı 26 min manat (1,9%) azalma ilə 1 milyon 369 min manata düşüb.
Bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 196 min manata brəabər olub ki, bu da illik 26 min manat (2,1%) azdır.