Tikinti şirkətlərinə podrat xidmətləri göstərən və tikinti materiallarının satışı ilə məşğul olan "Diadem" ASC 2024-cü ilin 1-ci yarsı (yanvar-iyun) üzrə maliyyə vəziyyətini açıqlayb.
FED.az xəbər verir ki, "Diadem" ASC-nin əsas əməliyyat gəlirləri 2024-cü ilin ilk 6 ayında 2 milyon 168 min manat təşkil edib. Bu da illik müqayisədə 4 milyon 154 min manat və ya təxminən 3 dəfə azalma deməkdir.
Bu dövrdə satışın maya dəyəri üzrə xərcləri olmayıb. Lakin ötən ilin I yarısında 40,1 min manat xərc var idi.
2024-cü ilin ilk 6 ayında şirkətin ümumi və inzibati xərcləri illik müqayisədə 238 min manat, başqa sözlə 6,8% azalaraq 3 milyon 284 min manata düşüb.
Şirkət ötən ilin ilk yarısında 2 milyon 761 min manat əməliyyat mənfəəti əldə etməsinə baxmayaraq bu ilin ilk yarısında 1 milyon 116 min manat əməliyyat zərəri edib.
Tikinti şirkətinin maliyyə xərcləri də 126,8 min manat, başqa sözlə 17,4% azalaraq 603,8 min manata düşüb.
Bu ilin ilk yarısını tikinti şirkəti 1 milyon 713 min manat xalis zərər ilə başa vurub. Halbuki, ötən ilin birinci yarısını 2 milyon 39 min manat, tam 2023-cü ili isə 1 milyon 856 min manat xalis mənfəət ilə bağlamışdı.
"Diadem" ASC bu ilin ik yarısında 97 milyon 905 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 12 milyon 127 min manat və ya 11% azalıb.
Öhdəliklər 10 milyon 115 min manat və ya 9,7% azalaraq 94 milyon 653 min manata, balans kapitalı isə 2 milyon 13 min manat və ya 38% azalaraq 3 milyon 251 min manata düşüb.
Tikinti şirkətinin ötən ilin I yarısında bölüşdürülməmiş mənfəətinin həcmi 2 milyon 264 min manat ikən, bu ilin I yarısında 250,7 min manata düşüb.
Hazırda "Diadem" ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu ( 3 min səhm və ya 75%) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (min səhm və ya 25%).
Qeyd edək ki, "Diadem" ASC tez-tez tenderlərdə qalib gələrək, 9 milyon manata yaxın sifarişlər alıb. Xüsusilə, Şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərdə qalib olurdu. Nümunə üçün həmin qurumdan udduğu tenderlər aşağıdakılardır:
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
||
1 |
Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 56 №-li yaşayış binasının tikintisi |
2.836.613,66 AZN |
04.03.2020 |
|
2 |
Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 57 №-li yaşayış binasının tikintisi |
3.092.126,13 AZN |
04.03.2020 |
|
3 |
Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 55 №-li yaşayış binasının tikintisi |
2.836.613,66 AZN |
04.03.2020 |
"Diadem" ASC-nin işçilərinin sayı da azalıb. Belə ki, Şirkətin işçilərinin sayı 2021-ci ilin sonunda 442 nəfər ikən, 2022-ci ilin sonunda 310, 2023-cü ilin sonunda 323 nəfərə düşüb.