2024-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (75,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral buraxılışında bildirilib.
Bu siyahıda Türkiyə (47,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (25,1 milyon ABŞ dolları) üçüncü olub.
Belçika 6,5 milyon dollarla dördüncü, Ukrayna isə beşinci pillədə qərarlaşıb.
Rusiyaya ixrac edilən malları 7,5 milyon dollar başqa sözlə 11% artsa da. Türkiyə ilə ixracın həcmi 59,2 milyon dollar, yəni 55,5% (2,2 dəfə) azalıb.
Gürcüstana ixracda 0,6 milyon manat (2,4%,) artım qeydə alınıb.
Belçikada ötən ilki ixracın dəyəri 67,5 min dollar ixrac qeydiə alındığından son bir ildə 96,3 dəfə artım baş verib.
Sonuncu pillədə qərarlaşan Ukraynaya ixracın dəyəri isə 6,8 milyon dollar və ya 51,9% (2,1 dəfə) azalıb.