Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracda 5 əsas ölkənin adı məlum olub.
FED.az bu barədə "İxrac İcmalı" jurnalınaın noyabr sayına istinadən xəbər verir.
Siyahıda birinci yerə Rusiya başçılıq edir. Bu ölkəyə ötən ay 122,4 milyon dollarlıq (7,9% azalma) məhsul ixrac olunub.
İxracda ikinci yerdə Türkiyə dayanıb ki, bu ölkəyə ötən ay 52,9 milyon dollarlıq məhsul (10,2% artım) ixrac edilib.
33,5 milyon dollarlıq ixracla (+81,1%) Gürcüstan 3-cü, 25,3 milyon dollarlıq ixracla (+80,7%) İsveçrə dördüncü 10,8 milyon dollarlıq ixracla ( 4,5 dəfə çox) BƏƏ 5-ci yerdədir.
2023-cü ilin yanvar-noyabr ayları ərzində Rusiya Federasiyasına 1 milyard ABŞ dolları, Türkiyəyə 728,8 milyon ABŞ dolları, Gürcüstana 299,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 154,6 milyon ABŞ dolları, Qazaxıstana isə 89,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
İxrac gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Rusiya üzrə 22%, Türkiyə üzrə 15,6%, Gürcüstan üzrə 63,9%, Qazaxıstan üzrə 0,5% artıb, İsveçrə üzrə 7,1% azalıb.