2024-cü ildə Azərbaycanın ümumi düyü ehtiyatları 93 541 ton təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, 2023-cü illə (77 918 ton) müqayisədə ehtiyatların 15 623 ton və ya 20,1% artması deməkdir.
İstehsal
2024-cü ildə ölkədə 18 399 ton düyü istehsal edilib. Bu, illik müqayisədə yerli istehsalın 4 426 ton və ya 31,7% artması deməkdir. 2023-cü ildə bu göstərici 13 973 ton olmuşdu.
İdxal
2024-cü ildə ölkəyə 64 306 ton düyü idxal olunub. Bu, ötən illə müqayisədə idxalın 9 714 ton və ya 17,8% artdığını göstərir. 2023-cü ildə idxal 54 592 ton təşkil etmişdi.
İlin əvvəlinə qalıq
2024-cü ilin əvvəlinə olan qalıq düyü ehtiyatı 10 836 ton olub. Bu da ötən ilin müvafiq dövrü (9 353 ton) ilə müqayisədə ehtiyat qalıqlarının 1 483 ton və ya 15,9% artdığını göstərir.