“Baker Tilly Audit” QSC 2022-ci ilin maliyyə nəticələrini elan edib.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, audit şirkəti 748,1 min manat xalis mənfəət əldə edib.
Bundan başqa bölüşdürülməmiş mənfəətin həcmi isə 609,3 milyon manat olub.
Şirkətin aktivləri 2022-ci ildə 2 milyon 375,8 min manat təşkil edib.
Akitvlərin 653,3 min manat olan hissəsi uzunmüddətli, 1 milyon 722,5 min mana hissəsi isə qısamüddətli aktivlərdir.
Audit şirkətinin cəmi öhdəlikləri isə 1 milyon 764,5 min manat olub.
Hesabat dövründə “Baker Tilly Audit” QSC-nin balans kapitalına 611,3 min manat təşkil edib.