Metal məmulatların istehsalı ilə məşğul olan “El Metal Plus” QSC şirkəti 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az şirkətin hesabatına istiandən xəbər verir ki, hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri 85 milyon 842 min manat, satışın maya dəyəri 70 milyon 738 min manat təşkil edib.
Əsas əməliyyat gəlirləri son bir il ərzində 31 milyon 645 manat (58%), satışın maya dəyəri isə 28 milyon 663 min manat (14,4%) artıb.
Ümumi mənfəətdə 2 milyon 983 min manat (25%) artım baş verib və 15 milyon 104 min manat təşkil edib.
Digər əməliyyat gəlirləri isə kəskin artaraq 19,1 min manatdan 169,2 min manata yüksəlib. Bu illik 150,1 min manat (8,9 dəfə) artıb.
Bu dövrdə “El Metal Plus” QSC-nin inzibati xərcləri 10 milyon 753 min manat, digər xərcləri 446,3 min manat, maliyyə xərcləri isə 1 milyon 642 min manat təşkil edib.
2023-cü ilə müqayisədə inzibati xərcləri 1 milyon 443 min manat (15,5%), digər xərcləri 222,2 min manat (2 dəfə), maliyyə xərcləri isə 207 min manat (14%) artıb.
Yekunda “El Metal Plus” QSC ötən ili 1 milyon 863 min manat xalis mənfəətlə başa vurub.
Halbuki 2023-cü ili 1 milyon 55 min manat xalis mənfəətlə bitirmişdir. Beləlklə xalis mənfəət son bir ildə 808 min manat və ya 77% artıb. Şirkət bu dövrdə 568,2 min manat mənfəət vergisi ödəyib. Bu da əvvəlki ilə nisbətən 451 min manat (4,8 dəfə) artıqdır.
2024-cü ildə “El Metal Plus” QSC 29 milyon 184 min manat aktivlərə malik olub.
Aktivlər son bir ildə 7 milyon 355 min manat (34%) artıb.
Şirkətin öhdəlikləri 10 milyon 292 min manat və ya 76% artaraq 23 milyon 915 min manat təşkil edib.
Balans kapitalı isə 5 milyon 269 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 937 min manat və ya 36% azdır.
Bölüşdürülməmiş mənfəətin həcmi 2 milyon 937 min manat, başqa sözlə 2,3 dəfə azalaraq 2 milyon 297 min manata yüksəlib.
Qeyd edək ki, “El Metal Plus” QSC armaturların istehsalı ilə məşğuldur.