“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 2024-cü il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az xəbər verir ki, “Azərbaycan” İES keçən ildə 214,6 milyon manat həcmində enerji satışı həyata keçirə bilib. 2023-cü ildə satış 239.9 milyon manat olub, İES-in satışların 25,3 milyon manat həcmində və ya 10.5 faiz azalması deməkdir.
Hesabat ilində MMC-nin yanacaq xərcləri 148,6 milyon manat, köhnəlmə xərcləri 47,2 milyon manat, təmir və texniki xidmət xərcləri 4,6 milyon manat, işçi heyətinin saxlanılması xərcləri 8,6 milyon manat, mənfəət vergisindən başqa digər vergilər 3,6 milyon manat, xammallar və material xərcləri 816 min manat, digər xərclər isə 4,4 milyon manat olub.
İllik müqayisədə yanacaq xərcləri 26,8 milyon manat (15,3%) azalıb, köhnəlmə xərcləri 0,4 milyon manat (0,9%), təmir və texniki xidmət xərcləri 1 milyon manat (27,8%), işçi heyətinin saxlanılması xərcləri 1 milyon manat (13,2%), mənfəət vergisindən başqa digər vergilər 0,4 milyon manat (12,5%) artıb, xammallar və material xərcləri 663 min manat (44,8%) azalıb, digər xərclər isə 1,8 milyon manat (69%) artıb.
Bundan başqa əməliyyat zərəri 2,4 milyon manat (4,2 dəfə) artaraq 3,2 milyon manata yaxınlaşıb. MMC ötən il 1 milyon manatdan çox mənfəət vergisi ödəyib. Bu 2023-cü ilə nəzərən 554 min manat (35,6%) azdır.
Xarici valyuta mübadiləsindən gəlir və zərər min manat olub. 2023-cü ildə isə gəlir 38 min manat, zərər 41 min manat olub.
MMC ötən ili 4 milayrd 196 milyon manat zərərlə başa vurub. Lakin 2023-cü ili 2 milyar 318 milyon manat zərərlə bitirmişdi. Beləliklə xalis zərər 1 milyard 878 milyon manat, başqa sözlə 81% artıb.
“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC ötən il 779 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər illik müqayisədə 74,2 milyon manat (10,5%) artıb.
Öhdəliklər 78,4 milyon manat (34,2%) artaraq 307,7 milyon manata yüksəlib.
Balans kapitalı 471,3 milyon manata bərabər olub. Bu illik 4,2 milyon manat (0,9%) azalmadır.
MMC-nin bölüşdürülməmiş mənfəəti də 4,2 milyon manat (4,8%) azalaraq 82,4 milyon manata düşüb.