“Azenco” ASC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin gəlirləri 31,3 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 1,2 milyon manat (3,6%) azalmadır.
Satışın maya dəyəri 28,0 milyon manat olub. Bu da illik müqayisədə 50,3 min manat (0,2%) azalma deməkdir.
Nəticədə şirkətin ümumi mənfəəti 3,3 milyon manata enib. Bu da illik 1,1 milyon manat (25,2%) azalma deməkdir.
Ən kəskin dəyişiklik isə sair gəlirlərdə baş verib. Bu maddə 2,9 milyon manata yüksələrək, ötən ilə nisbətən 2,6 milyon manat və ya 10,3 dəfə artıb.
İnzibati və sair əməliyyat xərcləri 382,5 min manat təşkil edib. Bu isə illik 78,0 min manat (25,6%) artımdır.
Bu amillərin birgə təsiri ilə əməliyyat mənfəəti 5,8 milyon manata yüksəlib. Bu, illik müqayisədə 958,7 min manat (20,0%) artımdır.
Maliyyə mənfəəti 5,4 milyon manat olub. Bu da son bir ildə 981,1 min manat (22,2%) artım deməkdir.
Bu müsbət dinamikaya baxmayaraq, hesabatda yeni yaranan 2,95 milyon manatlıq “keçmiş illərin zərərinə silinmə” xərci vergidən əvvəlki mənfəəti kəskin azaldıb.
Nəticədə, şirkətin vergidən əvvəlki mənfəəti 2,3 milyon manata enib. Bu da illik 2,1 milyon manat (47,5%) azalma deməkdir.
Mənfəətin azalması ilə əlaqədar olaraq, mənfəət vergisi xərci də 463,9 min manata enərək 419,2 min manat (47,5%) azalıb.
Bütün bunların yekununda, şirkət 2024-cü ili 1 milyon 856 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsinden 1 milyon 677 min manat və ya 47,5% azdır.
Şirkətin cəmi aktivləri 235,6 milyon manat olub. Bu, ilin sonu ilə müqayisədə 4,2 milyon manat (1,8%) artımdır.
Cəmi uzunmüddətli aktivlər 11,8 milyon manata enib. Bu da illik 394,0 min manat (3,2%) azalmadır.
Torpaq, tikili və avadanlıqlar 9,5 milyon manat təşkil edərək 622,3 min manat (6,2%) azalıb.
Maşınlar və avadanlıqlar 1,0 milyon manat təşkil edərək 130,5 min manat (11,4%) azalıb.
Nəqliyyat vasitələri 718,5 min manat olub ki, bu da illik 144,3 min manat (25,1%) artımdır.
Digər əsas vəsaitlər 522,8 min manat təşkil edərək 44,0 min manat (7,8%) azalıb.
Cəmi qısamüddətli aktivlər isə 223,8 milyon manata bərabər olub. Bu aktivlərdə illik 4,6 milyon manat (2,1%) artım baş verib.
Ehtiyatlar 49,4 milyon manata bərabət olub ki, bu 2023-cün göstəricsindən 3,5 milyon manat (7,6%) çoxdur.
Qısamüddətli debitor borcları 128,5 milyon manat təşkil edərək 3,4 milyon manat (2,6%) azalıb.
Pul vəsaitləri 328,0 min manat olub. Bu, illik 1,1 milyon manat (76,2%) azalmadır.
Sair qısamüddətli maliyyə aktivləri 4,8 milyon manat təşkil edərək 1,3 milyon manat (36,4%) artıb.
Sair qısamüddətli aktivlər 1,9 milyon manat olub ki, bu da illik 158,0 min manat (8,9%) artımdır.
Gələcək dövrün xərcləri isə 38,9 milyon manata yüksələrək 2,9 milyon manat (8,1%) artıb.
Cəmi öhdəliklər 58,8 milyon manat təşkil edib. Bu da illik 4,4 milyon manat (8,0%) artımdır.
Cəmi uzunmüddətli öhdəliklər 6,2 milyon manat olub. Bu, illik 3,6 milyon manat (2,4 dəfə) artımdır.
Cəmi qısamüddətli öhdəliklər isə 52,6 milyon manata yüksələrək 736 min manat (1,4%) artıb.
Qısamüddətli kreditor borcları 24,5 milyon manat təşkil edib. Son bir il ərzində bu borclarda 3,7 milyon manat (18,1%) artım qeydə alınıb.
Sair qısamüddətli öhdəliklər isə 26,6 milyon manat olub ki, bu da illik 4,2 milyon manat (13,5%) azalmadır.
Cəmi kapital 176,9 milyon manat təşkil edib. Bu isə son bir ildə 199,6 min manat (0,1%) azalmadır.
Bölüşdürülmüş mənfəət 5,4 milyon manat olub. Bu da illik 1,3 milyon manat (31,4%) artımdır.
Kapital ehtiyatları isə 164,7 milyon manat təşkil edərək 1,8 milyon manat (1,1%) azalıb.