“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin 2023-cü il dekabrın 31-nə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatı dərc olunub.
FED.az xəbər verir ki, publik hüquqi şəxs 2023-cü ili 770 min manat xalis zərər ilə başa vurub. 2022-ci il üzrə zərər və ya mənfəət göstəricisi hesabatda dərc edilməyib.
Bu dövrdə PHŞ 79,1 min manat mənfəət vergisi ödəyib.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin gəliləri və ümumi mənfəəti son bir il ərzində 5 milyon 670 min manat və ya 12,6dəfə artaraq 2023-cü ildə 6 milyon 156 min manat təşkil edib.
Ümumi və inzibati xərcləri 7 milyon 8 min manat (15,6 dəfə) artaraq 7 milyon 489,6 min manata yüksəlib. Xərclərin gəlirləri üstələməsi PHŞ-nin ötən ili zərərlə başa vurmasına səbəb olub.
Bu dövrdə digər gəlirlər 470,7 min manat, faiz gəlirləri 395,4 min manat olub.
2022-ci ildə 5,1 min manat əməliyyat mənfəəti etməsinə və maliyyə xərci çəkməsinə baxmayaraq bu il 862,3 min manat əməliyyat zərəri edib və 123 min manat maliyyə xərci çəkib.
31 dekabr 2023-cü il tarixinə, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin cəmi aktivləri 6 milyon 550 min manatdan 232 milyon 877 min manata yüksəlib. Nəticədə aktivlər illik 226 milyon 327 min manat (33,6 dəfə) böyüyüb.
Cəmi kapital 161 milyon 680 min manat (36,1 dəfə) artımla, 4 milyon 600 min manatdan 166 milyon 280 min manata çatıb.
Öhdəliklər 1 milyon 950 min manatdan 66 milyon 597 min manata çatıb ki, bu da il ərzində 64 milyon 647 min manat (34,2 dəfə) artım deməkdir.