“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-noyabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. 11 aylıq müddət üzrə hazırlanmış qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına aşağıdakı qurumlar təmsili olunurlar.
“Azərenerji” ATSC siyahıya başçılıq edir. "Azərenerji" 11 ayda 378,4 milyon dollarlıq gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 5,8 dəfə çoxdiur.
Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.
Hesabat dövründə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 337,8 milyon dollar, “SOCAR Polymer” MMC 277,9 milyon dollar, “Azəralüminium” MMC 117,6 milyon dollar, “AzerGold” QSC 110 milyon dollar, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 20,6 milyon dollar, “Azərbaycan Hava Yolları” QSC 18,4 milyon dollar, “Azəripək” MMC 1,8 milyon dollar, “Azərbaycan Dəmir Yolları” QSC 1,2 milyon dollar, Naxçıvan MR Dövlət Energetika Xidməti isə 0,87 milyon dollar gəlir əldə edib.
Əvvəlki illə müqayisə "Socar Polymer" gəlirlərini 103,7 milyon dollar (59,5%), "Aze rGold".QSC 18,4 milyon dollar (20,1%), “Azərbaycan Hava Yolları” QSC 10,4 milyon dollar (2,5 dəfə), “Azəripək” MMC 0,1milyon dollar (5,9%), “Azərbaycan Dəmir Yolları” QSC 0,5 milyon dollar (60%), Naxçıvan MR Dövlət Energetika Xidməti isə 0,1 milyon dollar (13%) artırıb. Lakin "Azəralümünium"un gəlirləri 21,4 milyon dollar (15,4%), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC isə 31,2 milyon dollar (2,5 dəfə) aşağı düşüb.
Bu aylar üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC, “My Fruit” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “Mors Trading” MMC.
Şirinov Elvin Valeh oğlu xaricə 117,8 milyon dollar dəyərində məhsul ixrac edib. Şirinov Elvin Valeh oğlu qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 1-ci yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 76,3 milyon dollar 2,8 dəfə artıb.
"MKT İstehsalat Kommersiya" MMC-nin gəlirləri də 24% və ya 22,8 milyon dollar azalaraq 81,1 milyon dollara düşüb.
"Baku Steel Company" QSC 60,5 milyon dollar dəyərində məhsul ixrac edib ki, şirkətin gəlirləri illik müqayisədə 19,9 milyon dollar 49% artıb.
"Best Logistik" MMC on ayda xaricə 41,5 milyon dollar dəyərində məhsul ixrac edib. Şirkət gəlirlərini ötən illik müqayisədə 25 milyon dollar 2,5 dəfə artıb.
"STP Global Cable xaricə " MMC 33 milyon dollar dəyərində məhsul ixrac edib. ki, şirkətin gəlirləri son bir ildə həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 24,8 milyon dollar 4 dəfə artıb.
"My Fruit" MMC 30,1 milyon dollarlıq, "P-Aqro" MMC 32,3 milyon dollarlıq, Mors Tradding MMC 22,6 milyon dollarlıq, Muradova Sahibə Səlimət qızı (siyahıya yeni daxil olub) 26,4 milyon dollarlıq gəlir əldə edib.