Tovuz rayonunda "Şah Əsəri" adlı yeni istirahət mərkəzi istifadəyə veriləcək.
FED.AZ xəbər verir ki, Tovuz Rayon Heydər Əliyev prospektinin yaxınlığında yerləşən mərkəz cari ilin sonunadək fəaliyyətə başlayacaq.
Bildirilir ki, iki hektara yaxın ərazidə yerləşən mərkəzdə 50-yə yaxın işçinin daimi işlə təmin edilməsi gözlənilir.










