Şəmkir rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaranmasının 24-cü ildönümü qeyd edilib.
FED.AZ xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Süleyman Zeynallı peşə bayramları münasibətilə ekoloqları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.