2023-cü ilin ilk 4 ayında Gəncədə sərnişin və yük daşımaları artıb.
Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 20,9 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 1,2 milyon ton yük daşınıb.
FED.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-mart aylarına nisbətən sərnişin daşınması 25,6 faiz artmış, yük daşınması isə 8,1 faiz artıb..
İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 1,8 milyon manatlıq xidmət göstərilib, xidmətlərin 96,2 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 82,4 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 17,6 faiz təşkil edib.