Hesabat dövründə Gəncədə tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri 25 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bunun 14,2 milyon manatı (56,7 faizi) hüquqi şəxslər, 10,8 milyon manatı (43,3 faizi) isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilib.












