Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 4,0 milyon ton yük və 76,3 milyon sərnişin daşınıb.
FED.az bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə yük daşınması 6,4 faiz, sərnişin daşınması isə 6,6 faiz artıb.
İnformasiya və rabitə sahəsində 2025-ci ilin yanvar-sentyabr aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 15,5 faiz artaraq, 6,7 milyon manat olub.












