Gəncə şəhərinin əhalisi 330 min nəfəri keçib.
FED.az xəbər verir ki, bu barədə Gəncə Şəhər Statistika İdarəsinin məlumatında bildirilir.
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanaraq Gəncə şəhərinin əhalisinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 330 min 248 nəfər təşkil edib.
Əhalinin 48,7 faizi (160 min 967 nəfərini) kişilərdən, 51,3 faizi (169 min 281 nəfərini) isə qadınlardan ibarətdir.
2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə 2883 doğulan körpə qeydə alınmışdır. Doğulanların 54,7 faizini oğlanlar, 45,3 faizini qızlar təşkil edir.
2022-ci il üzrə 2155 ölüm halı qeydə alınmışdır.
2022-ci ilin yanvar-dekabr aylarında şəhərdə qeydiyyat şöbələri tərəfindən 1673 nikaha daxilolma və 593 boşanma halları qeydə alınmışdır.
2022-ci ilin yanvar-dekabr ayları ərzində daimi yaşamaq üçün Gəncə şəhərinə 492 nəfər gələn, şəhərdən 338 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu şəhər üzrə müsbət 154 nəfər təşkil etmişdir.