Əgər Avropa ölkələri Rusiya neftinn qiymətinə limit müəyyən etsələr, rusiya bu təşəbbüsə qoşulan ölkələrə neft satmayacaq.
Bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib. Onun sözlərinə görə, Rusiya yalnız o ölkələrə neft satacaq ki, qiymətlə bağlı bazar mexanizmlərinə əsaslansınlar.
Rusiya məmurunun sözlərinə görə, bu il Rusiya 530 milyon ton neft hasila edəcək, gələn il isə bu rəqəm 490 milyon tona düşəcək.
Rusiya baş nazirinin müavini neftin Rusiya üçün sərfəli qiymətini də açıqlayıb. Onun sözlərinə görə Rusiya büdcəsində neftin qiyməti 70 dollardan götürülüb: «Bu bizim üçün komfortlu qiymətdir».