"Rusiyanın Ukraynanı işğal etdikdən sonra Avropaya qaz təchizatı üzrə daha etibarı tərəfdaşlara üz tutbağa başladı və Azərbaycanı da bunlar arasında saymaqdan çox xoşbəxdik".
Eləcə də bax: İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatla çıxış edirlər - CANLI
FED.az xəbər verir ki, bunu mətbuata bəyanatlar zamanı Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen deyib.
Ursula Fon der Lyayen vurğulayıb ki, Azərbaycan çox etibarlı bir ortaqdır.
Ursula Fon der Lyayen bugün Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu barədə deyib:
"Mən Memorandumdan 3 əsas məqamı qeyd etmək istəyirəm. Birincisi Azərbaycandan Avropaya qaz nəqli 2 dəfə artırılacaq, hazırda 12 milyard kub metrə yaxınlaşan həcm 20 milyard kubmetrə çatacaq. İkincisi Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi öhdəlik götürülür. Üçüncüsü, bərpaolunan enerji sahəsində də iş birliyi nəzərdə tutulur".
Ursula Fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı güvənli Cənubi Qafqaz görmək istəyir. (Marja)