2025-ci il ərzində Azərbaycan 12 milyard 91 milyon dollar dəyərində 23 milyon 381 min ton xam neft və bitumlu süxurlardan alınmış xam neft məhsulları ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 2 milyard 346 milyon dollar və ya 16,2%, miqdar ifadəsilə isə 215 min ton, başqa sözlə 0,9% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 14 milyard 437 milyon dollar dəyərində 23 milyon 596 min ton xam neft ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 517 dollar (təxminən 879 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 612 dollar (təxminən 1040 manat) idi. Bu da illik müqayisədə 95 dollar (161 manat) və ya 15,5% ucuzlaşma deməkdir.










