Azərbaycandan bu ilin yanvar-iyul aylarında İtaliyaya 8 milyon 431 min ton neft ixrac edilib.
Məlumata görə, İtaliyaya ixrac edilmiş neftin dəyəri isə təxminən 4 milyard 424 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 2 milyon 760 min ton (48,7%), dəyərində isə 824 milyon dollar (22,9%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan İtaliyaya 3 milyard 600 milyon dollar dəyərində 5 milyon 672 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 892 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 187 manat (17,3%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1079 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya həm 2024-cü, həm də 2025-ci ilin yanvar-iyul aylarında 1-ci yerdə olub.