Bu ilin ilk 7 ayında Azərbaycandan 7 milyard 660 milyon dollar həcmində 14 milyon 471 min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 566 milyon dollar və ya 17%, miqdar ifadəsilə isə 226 min ton, başqa sözlə 1,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 9 milyard 226 milyon dollar dəyərində 14 milyon 696 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin ilk 7 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 900 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 067 manat idi. Bu da illik müqayisə ilə 167 manat və ya 15,7% ucuzlaşma deməkdir.
Bu il 7 ayında ümumi ixracın 50,31%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 57,31% olub.
Hesabat dövründə ən çox neft İtaliyaya ixrac edilib. Məlumata əsasən, bu ölkəyə ixrac edilən neftin dəyəri 4,4 milyard dollardan çox, miqdarı isə 8,4 milyon ton təşkil edib ki, bu da ümumi ixracın həm həcm, həm də dəyər baxımından yarıdan çoxu deməkdir.
İkinci pillədə Çexiya qərarlaşıb. Məlumata görə, bu ölkəyə 547 milyon dollarlıq 1 milyon tondan çox neft ixrac edilib.
Üçüncü yerdə isə 450,8 milyon dollar dəyərində 827,7 min ton göstərici ilə Xorvatiya gəlir.
Azərbaycan nefti hesabat dövrünün nəticələrinə görə ən baha qiymətə bir ton üçün 608 dollara (təxminən 1034 manata) Bolqarıstana və 600 dollara (təxminən 1021 manata) İsveçrəyə satılıb.
Ən ucuz qiymətə isə neft 463 dollara (təxminən 787 manata) Böyük Britaniyaya ixrac edilib.
Bəzi bazarlarda kəskin azalmalara rəğmən, Azərbaycan Avropadakı bir sıra strateji tərəfdaşları ilə ticarət həcmini ciddi şəkildə artırmağı bacarıb.
-
İtaliya: Ən böyük artım ölkənin əsas ticarət tərəfdaşı olan İtaliyanın payına düşür. İtaliyaya neft ixracı bir il ərzində 2,76 milyon ton (48,7%) artaraq 8,43 milyon tona çatıb. Dəyər baxımından artım isə 824 milyon dollar (22,9%) təşkil edib.
-
Rumıniya: İxracat 252 min tondan çox (58,1%) artaraq 686 min tona çatıb. Gəlirlər isə 109 milyon dollar (40,4%) artıb.
-
İrlandiya: Ən kəskin faiz artımı bu ölkədə qeydə alınıb. İxracat həcmi 245,5 min ton (285,3%) artaraq 331,5 min tona yüksəlib.
-
Almaniya: Bu ölkəyə ixrac 131,5 min ton (24,8%) artaraq 661,7 min tona çatıb.
-
Portuqaliya: Siyahını Portuqaliya tamamlayır. Bu ölkəyə neft satışı 74 min tondan çox (11,6%) artıb.
Cədvəl 1: Xam Neft İxracının Miqdar üzrə Müqayisəsi (ton)
Ölkə |
Miqdar (ton), 2024 |
Miqdar (ton), 2025 |
Dəyişiklik (rəqəmlə, ton) |
Dəyişiklik (faizlə) |
İtaliya |
5,671,605.25 |
8,431,427.82 |
+2,759,822.57 |
▲ 48,7% |
Çexiya |
941,737.86 |
1,027,599.56 |
+85,861.70 |
▲ 9,1% |
Xorvatiya |
866,671.81 |
827,707.93 |
-38,963.88 |
▼ 4,5% |
Portuqaliya |
640,089.12 |
714,269.12 |
+74,180.00 |
▲ 11,6% |
Rumıniya |
433,832.59 |
685,972.26 |
+252,139.67 |
▲ 58,1% |
Almaniya |
530,165.50 |
661,678.87 |
+131,513.37 |
▲ 24,8% |
Böyük Britaniya |
650,115.40 |
459,741.47 |
-190,373.93 |
▼ 29,3% |
İrlandiya |
86,042.67 |
331,558.01 |
+245,515.34 |
▲ 285,3% |
Yunanıstan |
228,237.47 |
232,396.39 |
+4,158.92 |
▲ 1,8% |
Niderland |
168,985.69 |
223,330.70 |
+54,345.01 |
▲ 32,2% |
Tailand |
376,876.12 |
137,785.75 |
-239,090.37 |
▼ 63,4% |
İndoneziya |
211,197.58 |
130,925.36 |
-80,272.22 |
▼ 38,0% |
Tunis |
256,640.09 |
125,674.35 |
-130,965.74 |
▼ 51,0% |
Avstriya |
0.00 |
90,177.31 |
+90,177.31 |
Yeni |
İsveçrə |
0.00 |
89,696.92 |
+89,696.92 |
Yeni |
Danimarka |
0.00 |
88,157.38 |
+88,157.38 |
Yeni |
Fransa |
89,712.83 |
81,701.93 |
-8,010.90 |
▼ 8,9% |
Bolqarıstan |
0.00 |
79,260.85 |
+79,260.85 |
Yeni |
Türkiyə |
265,401.01 |
51,509.56 |
-213,891.45 |
▼ 80,6% |
İsrail |
1,830,177.70 |
0.00 |
-1,830,177.70 |
Siyahıdan çıxıb |
Hindistan |
894,129.59 |
0.00 |
-894,129.59 |
Siyahıdan çıxıb |
Serbiya |
158,383.41 |
0.00 |
-158,383.41 |
Siyahıdan çıxıb |
İspaniya |
166,327.26 |
0.00 |
-166,327.26 |
Siyahıdan çıxıb |
Uruqvay |
138,719.62 |
0.00 |
-138,719.62 |
Siyahıdan çıxıb |
Polşa |
90,150.50 |
0.00 |
-90,150.50 |
Siyahıdan çıxıb |
Özbəkistan |
893.20 |
0.00 |
-893.20 |
Siyahıdan çıxıb |
Cəmi |
14,696,092.26 |
14,470,571.55 |
-225,520.71 |
▼ 1,5% |
Müsbət dinamika ilə yanaşı, bir sıra iri bazarlarda ixracat ya tamamilə dayanıb, ya da kəskin şəkildə azalıb.
-
İsrail: 2024-cü ildə 1,83 milyon ton neft alan İsrail 2025-ci ildə siyahıdan tamamilə çıxıb. Bu, 1,12 milyard dollarlıq gəlir itkisi deməkdir.
-
Hindistan: 2024-cü ildəki digər bir iri alıcı olan Hindistana (təxminən 894 min ton) ixracat da tamamilə dayandırılıb, nəticədə 569 milyon dollara yaxın gəlir itirilib.
-
Tailand: Bu ölkəyə ixracat həcmi 239 min ton (63,4%) azalıb. Dəyər itkisi isə 158 milyon dollar (67,6%) olub.
-
Türkiyə: Qonşu ölkəyə ixracatda ən kəskin faiz azalmalarından biri yaşanıb. Həcm 214 min ton (80,6%), gəlir isə 124 milyon dollar (83,8%) aşağı düşüb.
-
Böyük Britaniya: Bu ölkəyə ixracat 190 min ton (29,3%) azalıb ki, bu da 178 milyon dollarlıq (45,6%) gəlir azalması ilə nəticələnib.
Cədvəl 2: Xam Neft İxracının Dəyər üzrə Müqayisəsi (ABŞ dolları)
Ölkə |
Məbləğ (USD), 2024 |
Məbləğ (USD), 2025 |
Dəyişiklik (rəqəmlə, USD) |
Dəyişiklik (faizlə) |
İtaliya |
3,600,300,610 |
4,424,208,270 |
+823,907,660 |
▲ 22,9% |
Çexiya |
597,150,360 |
547,091,180 |
-50,059,180 |
▼ 8,4% |
Xorvatiya |
547,257,380 |
450,838,010 |
-96,419,370 |
▼ 17,6% |
Portuqaliya |
404,303,280 |
385,076,010 |
-19,227,270 |
▼ 4,8% |
Rumıniya |
269,181,650 |
378,039,370 |
+108,857,720 |
▲ 40,4% |
Almaniya |
348,302,490 |
356,684,670 |
+8,382,180 |
▲ 2,4% |
Böyük Britaniya |
390,895,780 |
212,815,030 |
-178,080,750 |
▼ 45,6% |
İrlandiya |
54,233,980 |
174,262,240 |
+120,028,260 |
▲ 221,3% |
Yunanıstan |
144,806,090 |
128,990,340 |
-15,815,750 |
▼ 10,9% |
Niderland |
106,838,990 |
126,482,410 |
+19,643,420 |
▲ 18,4% |
Tailand |
234,238,660 |
75,910,840 |
-158,327,820 |
▼ 67,6% |
İndoneziya |
129,949,110 |
72,131,220 |
-57,817,890 |
▼ 44,5% |
Tunis |
163,897,060 |
67,934,470 |
-95,962,590 |
▼ 58,5% |
Avstriya |
0 |
42,664,790 |
+42,664,790 |
Yeni |
İsveçrə |
0 |
53,857,850 |
+53,857,850 |
Yeni |
Danimarka |
0 |
49,689,270 |
+49,689,270 |
Yeni |
Fransa |
57,085,070 |
41,316,860 |
-15,768,210 |
▼ 27,6% |
Bolqarıstan |
0 |
48,231,110 |
+48,231,110 |
Yeni |
Türkiyə |
147,739,530 |
24,006,160 |
-123,733,370 |
▼ 83,8% |
İsrail |
1,123,251,150 |
0 |
-1,123,251,150 |
Siyahıdan çıxıb |
Hindistan |
568,773,530 |
0 |
-568,773,530 |
Siyahıdan çıxıb |
Serbiya |
98,354,900 |
0 |
-98,354,900 |
Siyahıdan çıxıb |
İspaniya |
96,479,120 |
0 |
-96,479,120 |
Siyahıdan çıxıb |
Uruqvay |
85,099,830 |
0 |
-85,099,830 |
Siyahıdan çıxıb |
Polşa |
57,363,560 |
0 |
-57,363,560 |
Siyahıdan çıxıb |
Özbəkistan |
434,090 |
0 |
-434,090 |
Siyahıdan çıxıb |
Cəmi |
9,225,936,200 |
7,660,230,090 |
-1,565,706,110 |
▼ 17,0% |
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın neft ixrac etdiyi aşağıdakı ölkələr 2025-ci ilin müvafiq dövründə alıcılar siyahısında yer almayıb.
Həmin ölkələr aşağıdakılardır.
-
İsrail
-
Hindistan
-
İspaniya
-
Serbiya
-
Uruqvay
-
Polşa
-
Özbəkistan
2024-cü ilin aynvar-iyul ayları üzrə də neft ixrac edilməyən, lakin 2025-ci ilin müvafiq dövründə yeni alıcı kimi siyahıya daxil olan ölkələr bunlardır:
-
Avstriya
-
İsveçrə
-
Danimarka
-
Bolqarıstan