Azərbaycandan bu ilin yanvar-iyul aylarında İrlandiyaya 331,6 min ton neft ixrac edilib.
Məlumata görə, İrlandiyaya ixrac edilmiş neftin dəyəri isə 174,3 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 245,5 min ton (3,9 dəfə), dəyərində isə 120 milyon dollar (3,2 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayında isə Azərbaycan İrlandiyaya 54,2 milyon dollar dəyərində 86 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-iyul aylarının nəticələrinə görə İrlandiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 893 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 182 manat (16,9%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1075 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İrlandiya 2025-ci ildə 8-ci, 2024-cü ildə isə 21-ci yerdə olub.