Azərbaycandan ötən il Türkiyəyə 430,5 min ton neft ixrac edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə Türkiyəyə ixrac edilmiş neftin dəyəri isə təxminən 232,4 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 771,7 min ton (2,8 dəfə), dəyərində isə 443,9 milyon dollar (2,9 dəfə) azalma baş verib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Türkiyəyə 673,6 milyon dollar dəyərində 1 milyon 202,2 min ton neft ixrac etmişdi.
Ötən il ərzində Türkiyəyə ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 918 manat olub ki, bu da 2023-cü ilin göstəricisinə görə 39 manat (4%) azdır.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Türkiyə 2024-cü ildə 12-ci, 2023-cü ildə 7-ci yerdə olub.