2025-ci ildə Azərbaycanda 1 milyon 466,7 min ton avtomobil benzini istehsal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən illə müqayisədə avtomobil benzini istehsalı 211,9 min ton və ya 16,9% artıb.
2024-cü ildə bu göstərici 1 milyon 254,8 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 71,2 min ton təşkil edib ki, bu da illik müqayisədə 54,9 min ton və ya 4,4 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır avtomobil benzini ehtiyatı 16,3 min ton olub.
Bununla yanaşı 2025-ci ildə Azərbaycanda 2 milyon 549,2 min ton qazoyl (dizel yanacağı) istehsal edilib.
2024-cü illə müqayisədə dizel yanacağı istehsalı 487,3 min ton və ya 23,6% artıb.
2024-cü ildə bu göstərici 2 milyon 61,9 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 138,2 min ton təşkil edib ki, bu da illik müqayisədə 109,0 min ton və ya 4,7 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır dizel yanacağı ehtiyatı 29,2 min ton olub.
Ağ neft istehsalı 100,5 min ton və ya 17% artaraq 690,7 min tona çatıb.
2024-cü ildə bu göstərici 590,2 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 26,5 min ton təşkil edib ki, bu da illik müqayisədə 10,9 min ton və ya 70%-ə yaxın çoxdur.
Ötən ilin eyni dövründə hazır ağ neft ehtiyatı 15,6 min ton olub.
Bu dövrdə 59 min ton mazut istehsal edilib ki, bu da illik mazut istehsalı 31,6 min ton və ya 2,2 dəfə artıb.
2024-cü ildə bu göstərici 27,4 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 1,2 min ton təşkil edib ki, bu da illik müqayisədə 0,1 min ton və ya 9,1% çoxdur.
Ötən ilin eyni dövründə hazır mazut ehtiyatı 1,1 min ton olub.
Hesabat ilində Azərbaycanda 36,6 min ton sürtkü yağı istehsal edilib ki, bu da əvvəlki ilin göstəricisindən 33 min ton və ya 47,5% azdır.
2024-cü ildə bu göstərici 69,6 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 1,1 min ton təşkil edib ki, bu da illik müqayisədə 4,9 min ton və ya 81,7% azdır.
Ötən ilin eyni dövründə hazır sürtkü yağı ehtiyatı 6 min ton olub.
Maye qaz istehsalı 59,5 min ton və ya 35,8% artaraq 225,8 min tona çatıb.
2024-cü ildə bu göstərici 166,3 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 2,5 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu məhsul üzrə ehtiyat olmayıb.
Hesabat ilində Azərbaycanda 259,3 min ton neft bitumu istehsal edilib.
İllik müqayisədə neft bitumu istehsalı 5,6 min ton və ya 2,1% azalıb.
2024-cü ildə bu göstərici 264,9 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 17,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 7,2 min ton və ya 70,6% çoxdur.2024-cü ildə hazır neft bitumu ehtiyatı 10,2 min ton olub.
2025-ci ildə Azərbaycanda 240,8 min ton neft koksu istehsal edilib.
2024-cü ilə nəzərən neft koksu istehsalı 57,5 min ton və ya 31,4% artıb.
2024-cü ildə bu göstərici 183,3 min ton təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 40,7 min ton təşkil edib ki, bu da illik müqayisədə 25,8 min ton və ya 2,7 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır neft koksu ehtiyatı 14,9 min ton olub.
Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5 milyard 532,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,7 faiz artıb.









