Bu ilin yanvar-mart aylarında Azərbaycanda istilik elektrik stansiyalarında 6 milyard 991 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Azərbaycanın neft və qaz ixracından gəliri 1 milyard dollardan çox azalıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin birinci rübü üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatında deyilir.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 672,7 milyon kVt/saat və ya 10,6 % çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarında 510,5 milyon kVt/saat (-23,8 %), digər mənbələr üzrə isə 414,5 milyon kVt/saat (+ 2,3 dəfə) elektrik enerjisi istehsal edilib.
Bu dövrdə külək elektrik stansiyalarında 247,7 milyon kVt/saat (+26,1 dəfə), günəş elektrik stansiyalarında 91,3 milyon kVt/saat (-18,8 %) elektrik enerjisi istehsal edilib.
Bu ilin ilk rübündə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 13,6 milyon kVt/saat və ya 22 % çoxdur.













