Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Avstriyaya cəmi 177,5 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Avstriyaya ixrac edilmiş neftin dəyəri isə 87,9 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 91,6 min ton (2,1 dəfə), dəyərində isə 40 milyon dollar (1,8 dəfə) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Avstriyaya 47,9 milyon dollar dəyərində 85,8 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Avstriyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 495 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 63 dollar (11,3%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 558 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Avstriya 2025-ci ildə 15-ci, 2024-cü ildə isə 20-ci yerdə olub.









