Azərbaycandan bu ilin yanvar ayında Almaniyaya cəmi 91,3 min ton neft ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Almaniyaya ixrac edilmiş neftin dəyəri isə 43,2 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 319 min tona yaxın (4,5 dəfə), dəyərində isə 180 milyon dollar (5,2 dəfə) kəskin azalma baş verib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında isə Azərbaycan Almaniyaya 223,3 milyon dollar dəyərində 410 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Almaniyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 805 manat olub ki, bu da 2025-ci ilin müvafiq göstəricisinə görə 121 manat (13,1%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 926 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Almaniya 2026-cı ildə 4-cü, 2025-ci ildə isə 2-ci yerdə olub.










