Martın 8-də ABŞ Rusiya neftinin idxalına qadağa qoymağı təsdiqləmək niyyətindədir
FED.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Xəbər verdiyimiz kimi, Britaniyanın neft şirkəti BP Rusiya neft və qazının alınması üçün yeni müqavilələr bağlamayacaq. "Shell" şirkəti də Rusiya neft və qazının istifadəsini mərhələli şəkildə dayandırmaq niyyətindədir.
"Bayden martın 8-də Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı əlavə tədbirlər elan edəcək", - Ağ Ev xəbər verir.
"Ağ Ev bu gün Rusiya neftinin idxalına qadağa elan edəcək, yanacağın qiymətləri planetdə artacaq, lakin "bu azadlığın qiymətidir "- Senator Chris Koons bildirib.