Bu ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 800 mln. kubmetr artımla hasil edilmiş 33 mlrd. kubmetr qazın 16,4 mlrd. kubmetri ixrac olunub.
FED.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb.
Nazir bildirib ki, yanvar-avqust aylarında Avropaya 8,4 mlrd. kubmetr, Türkiyəyə 6,5 mlrd. kubmetr, Gürcüstana isə 1,5 mlrd. kubmetr qaz ixrac olunub.
Bu dövrdə TANAP-la Türkiyəyə 3,7 mlrd. kubmetr qaz nəql edilib.
Bu ilin 8 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1% çoxdur.