Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən elektrik közərmə lampalarının dövriyyəsinə dair yeni qaydalarla bağlı sahibkarlıq subyektləri arasında maarifləndirmə işinə başlanılıb.
Közərmə lampaları ilə bağlı - FƏRMAN
Bu çərçivədə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən ümumilikdə 3700-ə yaxın mağazanı əhatə edən 46 ticarət şəbəkəsi və satış obyekti, eləcə də 5 iri ticarət mərkəzi və 1 onlayn satış platformasının rəhbərliyinə mövcud tələblər barədə maarifləndirici məktublar göndərilib.
Bundan əlavə, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 8 oktyabr tarixli Fərmanı ilə sözügedən lampaların satışına münasibətdə inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib.
Agentlik sahibkarlıq subyektlərini qanunvericiliyin tələblərinə riayət etməyə və elektrik közərmə lampalarının dövriyyəsinə dair müəyyən edilmiş qaydalara əməl etməyə çağırır.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








