2022-ci ildə Azərbaycan $121 milyon 598,37 min (аrtım 75,4%) dəyərində 1 milyard 711 milyon 432,88 min kVt.saat (2021-ci illə müqayisədə artım 7,7%) elektrik enerjisi ixrac edib.
Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır - SİYAHI
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
İxracın strukturunda 2022-ci ildə Rusiyaya elektrik enerjisi ixracı $3 milyon 644,23 min dəyərində 91 milyon 529,56 min kVt.saat (azalma 11,6%), Gürcüstana - $33 milyon 213,97 min dəyərində 551 milyon 878,8 min kVt.saat (azalma 26,5%), Türkiyəyə - $79 milyon 267 min dəyərində 964 milyon 453,7 min kVt.saat (artım 86,6%), İrana - $5 milyon 473 min dəyərində 103 milyon 571,21 min kVt.saat (azalma 50,8%) təşkil edib.
2022-ci ildə Azərbaycan $5 milyon 129 min (аzalma 15,5%) dəyərində 134 milyon 517,11 min kVt.saat elektrik enerjisi idxal edib. (İnterfaks-Azərbaycan)