Ekologiya

Hava nə vaxt mülayimləşəcək?

Hava nə vaxt mülayimləşəcək? | FED.az
12:52 18 Yan 2019

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı məlumat yayıb. 

Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, respublikanın bəzi yerlərində yağıntılı hava müşahidə olunur, dağlıq rayonlarda qar yağır.

Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Digər xəbərlər