Ekologiya

Ebru Gündeşin adıyla 200 min dollar pul alıb – MƏHKƏMƏ İŞİ

Ebru Gündeşin adıyla 200 min dollar pul alıb – MƏHKƏMƏ İŞİ | FED.az
19:22 25 Yan 2019

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
ELƏCƏ DƏ BAX: Müştərinin kartından 425 min oğurlayan - BANKİRƏ İŞ VERİLƏCƏK
 
FED.az-ın məlumatına görə,hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
 
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
 
Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.
 
Qeyd edək ki, “Velizadə prodakşn”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.
 
O, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verditdirəcəyi vədini verib.
 
T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.
 
Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
 
O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.
 
Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşn”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi.

Digər xəbərlər