Dövlət

Prezidentdən tenderlərlə bağlı - DAHA BİR FƏRMAN

Prezidentdən tenderlərlə bağlı - DAHA BİR FƏRMAN | FED.az
12:35 10 Avqust 2019

Prezident İlham Əliyev Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin bəziləri texniki xarakterlidir. Əsas yenilik İnzibati Xətalar Məcəlləsinə aiddir. Məcəllənin 445-1.6 maddəsinə edilən yeniliyə görə, satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə - vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Eləcə də bax:Dövlət satınalmalarında mühüm yenilik – ELEKTRON TENDERLƏR BAŞLAYIB

Başqa sözlə, tender qaydalarının pozulması məsul şəxslərin 2-3 min manat məbləğində cərimələnməsi ilə nəticələnəcək.

Digər xəbərlər