Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskinin danışıqlarda irəli sürülən şərtlərlə razılaşmasında maraqlıdır. Moskva danışıqlar yolu ilə hərbi əməliyyatı dayandırmaq istəyir.
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Fransanın LCI telekanalına müsahibəsində bildirib.
“O (Zelenski), Ukrayna prezidentidir və biz onun Rusiya nümayəndə heyətinin ona dəqiq şəkildə məlumat verdiyi şərtlərimizlə razılaşmasında maraqlıyıq. Danışıqlar yolu ilə biz hərbi əməliyyatı dayandırmaq istəyirik”, - Kremlin sözçüsü vurğulayıb. (Apa)