Bu ilin ilk 11 ayında Azərbaycandan 107,7 milyon dollar həcmində 145,9 min ton xurma ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 21,2 milyon dollar və ya 24,5%, miqdar ifadəsilə isə 25,5 min ton, başqa sözlə 21,2% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 86,5 milyon dollar dəyərində 120,3 min ton xurma ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 25 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 22 qəpik idi. Bu da illik müqayisədə 3 qəpik və ya 2,5% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,46%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,25%-i xurmanın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,36% və 2,80% olmuşdu.











