“Winston”, "Davidoff", "Richmond" və "Gitanes" brendlərinin sahibi olan tütün şirkəti "Imperial Brands" biznesini Rusiya şirkətinə ötürəcək.
Eləcə də bax: İndiyə qədər Rusiyada fəaliyyətini dayandıran şirkətlərin - TAM SİYAHISI
FED.az xəbər verir ki, bu barədə "Imperial Brands" şirkətinin mətbuat xidmətindən məlumat verilib.
"Biz Rusiyadakı biznesimizi ötürmək üçün Rusiyadakı hüquqi şəxs ilə müzakirələrə başlamışıq. Biz hesab edirik ki, biznesin davamlılığını təmin etmək üçün tədbirlər rusiyalı həmkarlarımızın marağındadır. 1000-dən çox əməkdaşımızın təhlükəsizliyi və rifahı əsas prioritetdir. Biz bütün transfer prosesləri başa çatana qədər onlara ödəniş etməyə davam edəcəyik", - şirkətdən bildirilib.(Marja)