Rusiya rublu bahalaşmağa başlayıb.
FED.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Moskva birjasında 1 avronun məzənnəsi 73,99 rubla enib.
ELƏCƏ DƏ BAX: Bitkoinin qiyməti 3 ayda - UCUZLAŞIB
Bu, ötən günlə müqayisədə avronun 1,12 rubl ucuzlaşması deməkdir. İlk dəfə olaraq bu il avqustun 8-dən sonra avronun məzənnəsi 74 rubldan aşağı olub. Dolların məzənnəsi isə 43 qəpik azalaraq 65,08 rubl olub.
Qeyd edək ki, rubl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Vaşinqtonun hazırda Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşmadığı barədə bəyanatından sonra möhkəmlənməyə başlayıb.