Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
FED.az Birjaya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları üzrə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 14 milyard 87 milyon 24 min manat dövriyyə ilə 1-ci, "ABB İnvest İnvestisiya Şirkəti" QSC 7 milyard 744 milyon 181 min manat dövriyyə ilə 2-ci, “Assist Finance İnvestisiya Şirkəti” ASC 2 milyard 995 milyon 10 min manat dövriyyə ilə 3-cü olub.
2024-cü ilin yanvar-iyun ayları üzrə, BFB-də ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri, manatla
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.