Qlobal birjalarda səhm investorları 2018-ci ilin əvvəlindən bu yana 18.2 trilyon dollar itiriblər (şirkətlərin səhmləri ucuzlaşır).
FED.az-ın məlumatına görə, 2017-ci ildə dünyanın illik istehsalı 75 trilyon dollar ətrafında olub.
ELƏCƏ DƏ BAX: Qızıl və gümüşün – SON QİYMƏTİ
Qlobal birjalarda, bu il baş verən itki təxminən 20 Türkiyə iqtisadiyyatına bərabərdir.
ABŞ Mərkəzi Bankının (Fed) faiz artırması və pul siyasətini sərtləşdirməsi birjalara mənfi təsir göstərir.
Fed-in ötən həftə faiz qərarının və açıqlamasının ardından səhmlərdə satışlar davam edir. Amerika birjası 1929-cu ilin böyük böhranından bu yana "itki nisbəti kimi" ən pis dekabr ayını keçirir. Üstəlik, ABŞ birjasında əməliyyat həcmi də Brexit-dən bu yana ən yüksək həddə çatıb.
Bazarlar, ABŞ - Çin ticarət müharibəsində "atəşkəs" rejiminə çox ümid bağlamışdı. Lakin atəşkəsin aydın olmaması ilə mövzunun ilk dəfə gündəmə gəldiyi Argentinadakı G20 toplantısından bu yana dünya birjalarında 6.5 trilyon dollar itki baş verib.
2018-ci il birjaların, 2008 maliyyə böhranından bu yana ən çox itki yaşadığı ildir.
“Bloomberg” nəşri itkilərin səbəblərini belə sıralayıb:
-Qlobal iqtisadi durğunluq gözləntiləri,
-Gəlir əyrilərinin tərsinə dönməsi,
-ABŞ-ın bazardan dolları yığması və faizlərin artırılması,
-İqtisadi sürpriz indeksinin düşməsi,
-Avropanın yaşadığı problemlər,
-Çin iqtisadiyyatının yavaşlaması,
-Yaponiya iqtisadiyyatının kiçilməsi,
-Faizin artırılmasının şirkətlərin borc xərclərini artırması.
İtkilər 18.2 trilyon dollara çatdı – SƏBƏBLƏR
21:44
24 Dek 2018