İran Neft Nazirliyi, ölkənin neft satışını hədəf alan ABŞ-ın 5 Noyabrda qüvvəyə minəcək ikinci sanksiya paketinə 1 həftə qalmış ilk dəfə nefti Tehran Enerji Birjası üzərindən satışa təqdim edib.
Nazirliyin rəsmi saytından verilən məlumata görə, Tehran Enerji Birjasında satışa təqdim olunan neft üçün alış sifarişləri 35 min barreldən daha az və 100 min barreldən çox olmayacaq.
Alış üçün ediləcək müraciətlərdən əvvəl ümumi məbləğin 10%-i nağd olaraq ödənilməlidir. Şərtlərə görə, ən aşağı qiymət 79 dollar 15 cent və ən yüksək qiymət isə neft bazarındakı dalğalanmaya görə müəyyən olunacaq.
Satılacaq neftin dəyərinin 20 faizi nağd olaraq ölkənin yerli pul vahidi rialda, 80 faizi isə valyuta kursunda olacaq.
İranın bu addım ilə, nefti hədəf alan ikinci sanksiya paketindən əvvəl neftini ölkə daxilində dəyərli hala gətirməyi və nağd pul axınını təmin etməyi qarşısına məqsəd qoyduğu bildirilir.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.