Dünya birjalarında neftin qiyməti azalıb.
FED.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,27 sent və ya 0,48% azalaraq 55,98 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,23 sent və ya 0,35% azalaraq 65,89 dollar olub.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir
Dünya birjalarında - NEFTİN QİYMƏTİ

09:14
15 Noy 2018